Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən müharibəsi şəhidi Tural Abdullayevin məzarı ziyarət edilib

0

  •          Qəhrəman
    Vətən oğulları 44 günlük haqq savaşımızda dastan yazdılar. Adlarını şanlı zəfər tarixinə qızıl hərflərlə
    yazdıran döyüşçülərimiz 30 il ərzində düşmən tapdağı altında inildəyən
    torpaqlarımızı mənfur izlərdən təmizlədilər. Vətən müharibəsində öz canı və
    qanı hesabına xalqımıza qələbəni bəxş edən qəhrəman oğullardan biri də
    Abdullayev Tural Şakir oğludur.

     Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı
    ilə Xocalı rayon ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi  "Qarabağ" ordenli Tural Abdullayevin şəhidlik məramına ucaldığı gündə onun məzarını ziyarət edərək məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar
    oxuyublar.

     Qeyd
    edək ki, Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın
    rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə
    köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam
    olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə
    qarşı soyqırım törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun
    da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən
    Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoyub. Tural doğum
    gününü qeyd bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid
    olduğu soyqırım gününə düşüb.

     Tural
    Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə
    keçibdir. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb.
    12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət
    keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda
    medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi
    xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural
    Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan
    Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20
    illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq
    edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan
    Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli
    medalı ilə təltif edilib.

     Tural
    cəmiyyət arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından
    atasına Xocalının qisasını almağın vacib olduğunu deyərdi. Üçrəngli Bayrağımızı
    daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına
    çevirib. Vətən Müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları
    sırasında xüsusi təlimlərdə iştirak etmişdir. Turalın gözlədiyi qisas vaxtı
    artıq yetişmişdi. Boz qurd ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı.
    Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz
    canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə
    Azərbaycan xalqının yaddaşına əbədi möhürləndi.

     Tural
    Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin
    alınmasında və Kəlbəcər tərəfində keçirilən döyüş əməliyyatlarında iştirak
    etmişdir. Qorxmaz Vətən oğlu öz cəsarəti, hünəri ilə düşmənə ağır zərbələr
    vurdu. Qəhrəmancasına döyüşərək sentyabrın 30-da əbədiyyətə qovuşdu.

     Baş
    çavuş Tural Abdullayev 2020-ci il oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində
    yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

    Subay
    idi.

     Azərbaycan
    Respublikası Prezidentinin müavfiq Sərəncamlarına əsasən, “Qarabağ” ordeni,
    "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif
    edilmişdir.

     Məkanı
    cənnətdir, ruhu şad olsun. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib62 dəfə
    Vətən müharibəsi şəhidi Tural Abdullayevin məzarı ziyarət edilib

    Maraqlı gələ bilər
    63
    55
    64